Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşdi
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının cüdo yarışları üzrə püşkatma mərasimi keçirilib.
Sportify.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə təmsilçimizin mümkün ilk rəqibləri müəyyənləşib.
Noyabrın 1-dən 3-dək keçiriləcək yarışda 93 ölkədən 94 idmançı (46 oğlan, 48 qız) mübarizə aparacaq. Azərbaycanı -55 kq çəki dərəcəsində İbrahim Talıbov təmsil edəcək. Cüdoçumuz noyabrın 1-də yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında tatamiyə çıxacaq. 1/4 finaldan mübarizəyə başlayacaq idmançımızın ilk rəqibi İbrahim Mussa (Mərkəzi Afrika Respublikası) / Cahan Zib Tarin (Əfqanıstan) cütünün qalibi olacaq.
İlk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 14:00-da, final bloku isə saat 20:00-da başlayacaq.



No Comment! Be the first one.