Qəbələdə qolsuz, Şamaxıda məhsuldar heç-heçə - YENİLƏNDİ
Misli Premyer Liqasında 10-cu turun növbəti oyunu keçirilib.
Sportify.az xəbər verir ki, Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəlib.
Baş hakim Elvin Bayramovun idarə etdiyi görüş məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.
İlk 2 qolu “Araz-Naxçıvan”ın futbolçuları vurub. Patrik Andrade 22-ci, Ağadadaş Salyanski 62-ci dəqiqədə fərqlənib.
Lakin “Zirə” məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. Eren Aydın 69-cu dəqiqədə fərqi azaldıb, 87-ci dəqiqədə isə Mehdi Mişahşah oyuna girər-girməz bərabərliyi təmin edib.
Bununla da “Araz-Naxçıvan” çempionatda ilk qələbə həsrətini davam etdirib. Hazırda bu komanda 3 xalla sonuncu yerdə gedir. “Zirə” isə 16 xalla 5-cidir.
Günün növbəti matçı “Qəbələ” və “Qarabağ” arasında baş tutub. Qəbələ şəhər stadionunda təşkil olunan matç qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, X turun oyunları 1 və 2 noyabrda da davam edəcək.
Misli Premyer Liqası
X tur
31 oktyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” – “Zirə” – 2:2
Qollar: Patrik Andrade, 22. Ağadadaş Salyanski, 62 – Eren Aydın, 69. Mehdi Mişahşah, 87
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
Şamaxı şəhər stadionu
17:30. “Qəbələ” – “Qarabağ” – 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev, Cavid Cəlilov (VAR), Kamran Bayramov (VAR)
Qəbələ şəhər stadionu
1 noyabr (bazar)
15:00. “Şamaxı” – “Neftçi”
17:30. “Kəpəz” – “İmişli”
2 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” – “Şəfa”
30 oktyabr (cümə)
“Turan Tovuz” – “Sabah” – 3:2



No Comment! Be the first one.