Bakıdakı dünya çempionatında hər oyuna 5 qol
Hövsan Yarış Kompleksi və Bakı Kristal Zalında təşkil olunmuş 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında ümumilikdə 932 oyun keçirilib və 4505 qol vurulub.
Sportify.az-ın məlumatına görə, bu barədə Bakıdakı mundialla bağlı hazırlanmış FIFA hesabatında bildirilir.
Qeyd edilib ki, bu, hər oyuna orta hesabla 4,83 qol deməkdir. Ən məhsuldar qarşılaşmada isə 21 qol qeydə alınıb.
Turnirdə FIFA yarışlarında ilk dəfə iştirak edən 78 komanda da yer alıb. Bu, tədbirin dünyanın bütün guşələrindən olan gənc futbolçulara beynəlxalq səviyyədə özlərini göstərmək imkanı yaratmaq məqsədini bir daha nümayiş etdirib.
Oktyabrın 30-da Bakı Kristal Zalında keçirilmiş final qarşılaşmasında İspaniya Çexiyanı 3:0 hesabı ilə məğlub edib. Çoxfunksiyalı və diqqətçəkən arena FIFA-nın yeni qlobal yeniyetmə futbol turnirinin qalibinin müəyyənləşməsi üçün layiqli məkana çevrilib. Bakı 8×8 formatında təşkil olunan turnirdə 189 milli komandanı qəbul edib.



No Comment! Be the first one.