“Araz-Naxçıvan” itki ilə üzləşdi
Misli Premyer Liqasının X turunda “Zirə”ni qəbul edən “Araz-Naxçıvan” itki ilə üzləşib.
Sportify.az xəbər verir ki, komandanın futbolçusu Rövlan Muradov 16-cı dəqiqədə top uğrunda mübarizədə ayağından zədələnib.
Ayağından xəsarət alan Muradov oyunu davam etdirə bilməyib. Nəticədə o, komanda yoldaşı Mustafa Əhmədzadə ilə əvəzlənib.
Qeyd edək ki, hazırda hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir.



No Comment! Be the first one.