Daliç ərəblərin baş məşqçisi oldu
Xorvatiya millisinin sabiq baş məşqçisi Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının sükanı arxasına keçib.
Sportify.az xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyasının məlumatında bildirilir.
Komandanın əvvəlki baş məşqçisi Kosmin Olaroyu 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki uğursuzluqla əlaqədar mayda istefaya göndərilib.
Daliç isə Xorvatiya yığmasındakı işini 9 ildən sonra başa vurub. Onun rəhbərliyi altında milli DÇ-2018-də və 2022/2023 mövsümündə Millətlər Liqasında gümüş, DÇ-2022-də bürünc medal qazanıb. DÇ-2026-da isə onun komandası 1/16 finalda Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.



No Comment! Be the first one.