Lukakudan İstanbulda ilk açıqlamalar – VİDEO
Belçika millisinin futbolçusu Romelu Lukaku Türkiyənin “Fənərbağça” klubuna keçidini rəsmiləşdirmək üçün İstanbula gəlib.
Sportify.az xəbər verir ki, 1+1 illik müqavilə ilə “sarı-lacivərdlilər”ə qoşulan 33 yaşlı forvardı daşıyan xüsusi təyyarə Brüsseldən yola düşərək Sabiha Gökçen hava limanının Ümumi Aviasiya Terminalına eniş edib.
Ulduz futbolçunu hava limanında “Fənərbağça”nın futbol direktoru, əvvəllər Azərbaycanda “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş Oğuz Çetin, eləcə də klubun bəzi idarə heyəti və digər rəsmilər qarşılayıblar.
Lukaku hava limanında klubun televiziyasına açıqlamasında transferdən məmnun olduğunu bildirib: “Çox xoşbəxtəm. Prezidentimiz Aziz Yıldırım, Cihan Kamer, Oğuz Çətin və baş məşqçimiz İsmail Kartala təşəkkür edirəm. Mənə güvəndilər. Bunu hiss etdim. Məqsədimiz və istəyimiz bu mövsüm çempion olmaqdır. Buna görə buradayam. Komandama kömək etmək üçün çox çalışacağam. Hər oyun bizim üçün vacibdir. Lazımi performansı göstərməli və mübarizə aparmalıyıq. Mən də bu məsələdə komandama kömək etmək istəyirəm. Yaxşı rəqabətin olacağını düşünürəm. Çox yaxşı və keyfiyyətli komandaya gəldiyimi düşünürəm. Mən də komandama kömək etmək istəyirəm ki, bu il əsas hədəfimiz olan çempionluğa çataq”.
🟡🔵 Fenerbahçe’nin yeni transferi Romelu Lukaku’nun İstanbul’daki ilk görüntüleri! 📹
▶️ İlk görüntüleri canlı izlemek için: https://t.co/C4NfNkCXr7 pic.twitter.com/umGTObV8YD
— HT Spor (@HTSpor) August 12, 2026



No Comment! Be the first one.