PSJ yenə UEFA Super Kubokunu qazandı
Fransanın PSJ klubu ardıcıl ikinci il UEFA Super Kubokunun qalibi olub.
Sportify.az xəbər verir ki, Paris komandası bu dəfə İngiltərənin daha bir təmsilçisi “Aston Villa”nı məğlubiyyətə uğradıb – 2:1.
Avstriyanın Zaltsburq şəhərindəki “Red Bull Arena”da təşkil olunmuş qarşılaşma keçirilən qarşılaşmada hesabı 20-ci dəqiqədə Xviça Kvaratsxeliya açıb.
“Aston Villa”nın bərabərlik qolunu 45-ci dəqiqədə Brayan Maco vurub.
61-ci dəqiqədə isə Dezire Due PSJ-nin qələbə topuna imza atıb.
Beləliklə, PSJ Çempionlar Liqasının qalibi kimi UEFA Super Kubokunu da başı üzərinə qaldırıb.
Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. “Aston Villa” isə Avropa Liqasının finalında “Frayburq”u 3:0 hesabı ilə darmadağın edərək turnirin qalibi olmuşdu.
PSJ 2025-ci ildə İngiltərə “Tottenhem”ini əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada penaltilər seriyasında məğlub edib – 4:3.



No Comment! Be the first one.