Dünya çempionatı: Son gündə 2 medal
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı sona çatıb.
Sportify.az xəbər verir ki, sonuncu yarış günündə 70 kq, 74 kq, 97 kq və 125 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşıb. Rəqibinə 3:7 hesabı ilə məğlub olan Kərimov gümüş medalla kifayətlənib.
Yusif Dursunov (125 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişvili ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən Dursunov sonadək üstünlüyü davam etdirib və 6:0 hesablı qələbə ilə dünya üçüncüsü olub.

Beləliklə, Azərbaycan güləşçiləri gənclər arasında dünya çempionatında 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medal qazanıb.



No Comment! Be the first one.