Azər Bağırov: Əzm və düzgün oyun sayəsində ilk xalımızı qazandıq
“Çətin oyun oldu və mübariz komanda ilə qarşılaşdıq”.
Sportify.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Azər Bağırov səfərdə “Turan Tovuz”la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis çətin rəqiblə qarşılaşmalarına rəğmən, komandasının sonadək tonusdan düşmədiyini bildirib: “”Tovuzda tovuzlu azarkeşlər önündə “Turan Tovuz”a qarşı oynamaq həqiqətən də çox çətindir. Çünki şəhər futbolla yaşayır. Futbolçulara da oyundan əvvəl demişdim ki, çox yaxşı oyunumuz olacaq. Hətta daha yaxşı çıxış etsək, azarkeşlər yaxşı mənada sizi səsləyəcəklər. İlk yarıda bir-iki səhvimiz oldu və ümumilikdə yaxşı oyun keçirdiyimizi düşünürəm. Komandamız və azarkeşlərimizi ilk xal münasibətilə təbrik edirəm”.
Bağırovun fikrincə, “Şamaxı” əzmkarlıq və düzgün oyun sayəsində heç-heçəyə nail olub: “Əslində rəqibin oyununu analiz etmişdik. Daha çox uzun toplarla və standart vəziyyətlərdən oyun qururlar. Buna görə də daim pressinq etməyi, top rəqibə keçdikdə ikinci topları götürməyi düşünmüşdük. Ümumilikdə düşüncələrimizlə analizlərimiz eyni oldu. Məncə, o əzmin və düzgün oynamağın nəticəsində xalımızı qazandıq”.



No Comment! Be the first one.