Dünya çempionu olmuş baş məşqçi ilə müqavilə yeniləndi
İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin müqaviləsi 2032-ci ilədək uzadılıb.
Sportify.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
65 yaşlı mütəxəssis bu vəzifəyə 2022-ci ilin dekabrında təyin olunub. O, həmin vaxt Qətərdə keçirilən dünya çempionatından sonra postunu tərk edən Luis Enrikeni əvəzləyib.
De la Fuente rəhbərliyi altında İspaniya 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə isə Avropa çempionatının qalibi olub. 2026-cı ildə isə komanda dünya çempionatında da qızıl medal qazanıb.
Qeyd edək ki, De la Fuentenin əvvəlki müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu. Yeni anlaşma onun 2030-cu ildə keçiriləcək dünya çempionatı da daxil olmaqla, İspaniya millisində daha uzun müddət fəaliyyət göstərməsinə imkan verəcək.



No Comment! Be the first one.