Dünya çempionu vəfat etdi
Braziliya millisinin sabiq yarımmüdafiəçisi Dino Sani 94 yaşında dünyasını dəyişib.
Sportify.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Konfederasiyanın açıqlamasında bildirilir ki, Dino Sani 1958-ci ildə dünya çempionu olan Braziliya millisinin üzvlərindən biri olub. Həmin qələbə ölkəyə tarixində ilk dünya çempionluğu titulunu qazandırıb.
“Braziliya Futbol Konfederasiyası 1958-ci il dünya çempionatının qalibi olmuş milli komandanın üzvü Dino Saninin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
Dino Sani Braziliya futbolunun yaddaşında daim yaşayacaq zəngin irs və tarix qoyub. Ailəsinə, dostlarına və azarkeşlərinə dərin hüznlə başsağlığı veririk. Çempion, ruhun şad olsun”, – deyə qurumun X sosial şəbəkəsindəki paylaşımında bildirilib.



No Comment! Be the first one.