"Dünyanın ən böyük klubunda çıxış etmək mənim üçün böyük şərəfdir"
İspaniya klubu “Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər müqaviləsinin 2032-ci ilə qədər uzadılmasına münasibət bildirib.
Sportify.az xəbər verir ki, türkiyəli futbolçu sosial şəbəkə hesabında paylaşım edərək sevincini və gələcək hədəflərini bölüşüb:
“Yaratdığın tarix və yaradacağın tarix.
İlk dəfə “Real Madrid”in formasını geyinəndə böyük bir tarixin parçasına çevrildiyimi bilirdim. Bu gün də eyni qürur və xoşbəxtliyi hiss edirəm, lakin üzərimdə daha böyük məsuliyyət var.
Futbol tarixində iz qoymuş əfsanələrin yolunu davam etdirmək və dünyanın ən böyük klubunda çıxış etmək mənim üçün böyük şərəfdir. Arzum uzun illər bu formanı geyinmək, komandamla yeni titullar qazanmaq və bir gün adımı bu möhtəşəm tarixə yazdırmaqdır.
İlk gündən bəri yanımda olan hər kəsə təşəkkür edirəm. Xüsusilə prezidentimiz Florentino Peresə, ailəmə, komanda yoldaşlarıma, birlikdə çalışdığım bütün əməkdaşlara və məşqçilərə minnətdaram.
Ən böyük təşəkkürüm isə dünyanın hər yerində bizə daim dəstək olan “Real Madrid” azarkeşlərinədir. Birlikdə daha çox gözəl günlər yaşamağımızı arzulayıram!
Bu klubun bir parçası olmağa davam etdiyim üçün çox xoşbəxtəm”.


No Comment! Be the first one.