Dünyanın ən güclü çimərlik güləşçiləri Bakıya gəlirlər
27-29 avqust tarixlərində Azərbaycan ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Sportify.az-a verilən məlumata görə, hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil ediləcək.
27 avqustda baş tutacaq U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar arasında 60, 70, 80 və 90 kiloqramlarda, qızlar arasında isə 45, 55, 65 və 75 kiloqramlarda qaliblər müəyyənləşəcək.
28-29 avqustda isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi keçiriləcək. Yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və +90 kiloqramlarda, qadınlar isə 50, 60, 70 və +70 kiloqramlarda çıxış edəcəklər.
Ümumilikdə 34 ölkədən 200-dən artıq idmançı Xəzər dənizinin sahilində uğur qazanmağa çalışacaq.



No Comment! Be the first one.