Duran "Seltik"də növbəti qolunu vurdu - VİDEO
“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran “Seltik”in heyətində Şotlandiya çempionatında növbəti qolunu vurub.
Sportify.az xəbər verir ki, 24 yaşlı hücumçu bu dəfə Premyerşipdə IX turun “Harts”la ev oyununda fərqlənib.
O, komandasının 7:1 hesabı ilə qalib gəldiyi görüşün 49-cu dəqiqəsində rəqibi məyus edib və daha 2 qolun məhsuldar ötürməsini verib.
Beləliklə, Duran yayda “Qarabağ”dan transfer olunduğu komandada 15-ci matçında 9-cu qolu vurub. O, həm də 5 məhsuldar ötürmə müəllifidir.
Qeyd edək ki, “Seltik” “Dandi” ilə səfər matçında 1:1 hesablı heç-heçə edən ən yaxın izləyicisi “Reyncers”i 4 xal geridə qoyaraq, 24 xalla liderliyini davam etdirir.
Camilo Durán firmó una jornada fantástica con el Celtic que aplastó 7-1 al Hearts, por la fecha 9 de la Premiership.
El delantero samario se fue de gol y doble asistencia.
Durán ya suma 5⚽️ en 9 jornadas disputadas de la liga. https://t.co/HIXgrV9WLE— IsauroRodríguez⚽🎙📻💻🎥📸📱 (@IsaRodriguez91) October 18, 2026



No Comment! Be the first one.