Rəşad Sadıqov: Futbolumuz daha detallı təhlil olunmalıdır - VİDEO
Azərbaycan futbolunda komandaların seleksiyası, maliyyələşməsi, əsas heyətləri və ehtiyat qüvvələri daha detallı təhlil olunmalıdır.
Sportify.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bildirib.
O, futbolumuzda bir çox məsələlərin lazımi səviyyədə təhlil edilmədiyini vurğulayıb:
“O qədər şeylər fikirləşirik ki, o qədər situasiyalar var ki… Bizdə bir çox şeylər təhlil olunmur. Məsələn, komandaların apardıqları seleksiyalar, ona ayrılan vəsaitlər, klublarda baş verən hadisələr, komandaların əsas heyətləri, ehtiyat qüvvələri… Daha yaxşı olardı ki, futbolumuz daha detallı təhlil olunsun. Bu yöndə müəyyən problemlər yaşayırıq”.



No Comment! Be the first one.