Elçin Məsiyevə dünya çempionatının oyunu tapşırıldı
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Qətərdə 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında ilk dəfə oyun idarə edəcək.
Sportify.az xəbər verir ki, Məsiyev B qrupunda Ekvador – Uqanda matçının baş hakimi olacaq.
Elşad Abdullayev və Pərvin Talıbov isə yan xətt hakimi funksiyasını yerinə yetirəcək.
Noyabrın 22-də Əl Rəyyan şəhərindəki “Aspire Zone” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, U-17 dünya çempionatında daha əvvəl Elçin Məsiyev Səudiyyə Ərəbistanı – Uruqvay və İspaniya – Çin matçlarının dördüncü hakimi, Elşad Abdullayev və Pərvin Talıbov isə əlavə köməkçi hakim olub.



No Comment! Be the first one.