Enes Ünal evinə qayıdır
Türkiyə millisinin və İngiltərənin “Bornmut” klubunun futbolçusu Enes Ünal karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Sportify.az xəbər verir ki, 29 yaşlı hücumçu keçmiş klubu “Xetafe”yə qayıtmağa yaxındır. Məlumata görə, tərəflər arasında danışıqlar artıq yekun mərhələyə qədəm qoyub.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Enes Ünal 2020-2024-cü illərdə Madrid təmsilçisinin formasını geyinib. Türkiyə millisinin üzvü bu müddətdə “Xetafe”nin əsas hücumçularından biri olub.



No Comment! Be the first one.