Ferstappen üçüncü sərbəst yürüşün qalibidir
Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başa çatıb.
Sportify.az xəbər verir ki, 11 komandanın iştirak etdiyi sessiyada “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
“Mercedes”in britaniyalı sürücüsü Corc Rassel ikinci, “Ferrari”nin pilotu Luis Hemilton isə üçüncü olub.
Qeyd edək ki, ilk iki sərbəst yürüşdə ən yaxşı nəticəni C.Rassel göstərmişdi.
Bu gün Formula 2 üzrə əsas yarış da keçiriləcək. Günün son əsas sessiyası isə saat 16:00-da başlayacaq Formula 1 üzrə sıralama turu olacaq. Sessiya saat 17:00-da başa çatacaq.
Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.



No Comment! Be the first one.