Formula 1 üzrə 2025-ci ilin dünya çempionu Lando Norris “Maklaren”lə müqaviləsini uzadıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşma 2030-cu ilədək nəzərdə tutulur.
Norris rəqiblərin marağına baxmayaraq, başqa komandaya keçidi nəzərdən keçirmədiyini bildirib. Sürücünün sözlərinə görə, “Maklaren”lə əməkdaşlığı davam etdirmək qərarını vermək onun üçün çətin olmayıb: “Mən heç yerə getmək istəmirəm. Başqa komandada olmaq istəmirəm. Ona görə də bu, yəqin ki, Formula-1-də çıxış etdiyim vaxt ərzində verdiyim ən asan qərarlardan biri olub”.
26 yaşlı britaniyalı 2019-cu ildə “Maklaren”in heyətində dünya çempionatında debüt edib. Andrea Stellanın 2022-ci ilin sonunda komandanın rəhbəri təyin olunmasından sonra kollektivin nəticələri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. “Maklaren” 2024 və 2025-ci illərdə Konstruktorlar Kubokunun qalibi olub, Norris isə ilk dəfə dünya çempionu titulunu qazanıb.



No Comment! Be the first one.