Avropa Liqasının ikiqat qalibi karyerasını bitirdi
İngiltərənin “Liverpul”, İtaliyanın “Milan” və İspaniyanın “Sevilya” klubunun sabiq futbolçusu Suso karyerasını başa vurub.
Sportify.az xəbər verir ki, 32 yaşlı ispaniyalı yarımmüdafiəçi bu addımı Sequndada çıxış edən “Kadis”in oyunçusu kimi atıb.
O, doğma klubuna ötən ilin yayında qoşularaq 4 illik müqavilə bağlayıb və komandanın kapitanı olub.
Karyerasını bitirdikdən sonra Suso “Kadis”in strukturunda qalacaq və klubun rəsmi nümayəndəsi vəzifəsini tutacaq.
Qeyd edək ki, “Liverpul”a Suso 16 yaşında keçib və “qırmızılar”da 2012/2013 mövsümündə baş məşqçi Brendan Rocersin rəhbərliyi altında debüt edib. “Almeriya”ya icarəyə verildikdən sonra o, “Milan”a transfer olunaraq, 2016/2017 mövsümündə İtaliya Super Kubokunu qazanıb.



No Comment! Be the first one.