Konfrans Liqası: "Qarabağ"ın üç oyunu ən çox izlənilənlər siyahısında - FOTO
UEFA Konfrans Liqasında təsnifat mərhələlərinin ən çox tamaşaçı toplayan qarşılaşmaları açıqlanıb.
Sportify.az xəbər verir ki, siyahıda “Qarabağ”ın 3 görüşü yer alıb.
Bunlar Azərbaycan klubunun “Tvente” ilə ev (28 869) və səfər (25 250) matçları, eləcə də Ukraynanın “Dinamo Kiyev” komandasına qarşı (26 449) ev oyunudur.
Ən çox izlənilən oyun isə 51 871 nəfərlə “Ayaks” (Niderland) – “Şelburn” (İrlandiya) görüşüdür.
Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasında cəmi 4 oyun keçirib. III təsnifat mərhələsində “Dinamo Kiyev”lə matç neytral meydançada təşkil olunduğundan, oyunu daha az azarkeş izləyib.




No Comment! Be the first one.