Fransa millisinin heyətində itki – Türkiyə ilə oyunu buraxacaq
Fransa millisinin müdafiəçisi Dayot Upamekano Türkiyə ilə qarşılaşmada meydana çıxa bilməyəcək.
Sportify.az xəbər verir ki, 28 yaşlı futbolçu şəxsi səbəblərini əsas gətirərək millinin düşərgəsini tərk edib. O, baş məşqçidən icazə alaraq Münhenə qayıdacaq.
Beləliklə, “Bavariya”nın müdafiəçisi UEFA Millətlər Liqasının son turunda Türkiyə yığmasına qarşı keçiriləcək matçda iştirak etməyəcək.
Qeyd edək ki, Fransa – Türkiyə görüşü noyabrın 15-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



No Comment! Be the first one.