Fransa millisinin üzvü zədələndi
Fransa millisinin üzvü Orelyen Çuameni zədələnib.
Sportify.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindən aldığı zədə səbəbindən UEFA Millətlər Liqasında İtaliya və Türkiyə yığmalarına qarşı keçiriləcək matçlarda iştirak edə bilməyəcək.
Bu barədə Fransa millisinin mətbuat xidməti məlumat yayıb.
İspaniya klubu “Real Madrid”in futbolçusu zədəsini müalicə etmək üçün klubun düşərgəsinə qayıdacaq. Onun əvəzinə Fransa millisinə başqa futbolçu dəvət olunmayacaq.
Qeyd edək ki, Fransa millisi noyabrın 12-də İtaliya, noyabrın 15-də isə Türkiyə ilə qarşılaşacaq.



No Comment! Be the first one.