Futbol matçında kuryoz: Külək qapını yerindən apardı - VİDEO
Norveç çempionatının üçüncü divizionunda keçirilən matç zamanı güclü külək futbol qapılarından birini yerindən qopararaq kənara aparıb.
Sportify.az xəbər verir ki, qeyri-adi hadisə “Skervoy”la “Stromsqodset” klubunun ikinci komandası arasında keçirilən görüşdə baş verib.
Qarşılaşmanın 43-cü dəqiqəsində, hesab 0:0 olarkən, Norveçin şimal bölgələri üçün xarakterik olan fırtınalı külək meydanda istifadə edilən daşına bilən qapını yerindən tərpədərək aparıb.
Baş verənlərə təəccüblənməyən matç şərhçiləri hadisəni belə ifadə ediblər: “Və qapı uçub getdi. Skervoy üçün tipik hava şəraiti”.
Oyunun hakimləri və futbolçular qapını yenidən yerinə qaytararaq bərkitmək üçün qarşılaşmanı dayandırmalı olublar. Buna baxmayaraq, matç davam etdirilib.
İkinci hissədə küləkli hava şəraitinə daha yaxşı uyğunlaşan qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.