“Gəncə” yurda geri döndü
“Gəncə” basketbol komandası Qubada keçirdiyi 10 günlük təlim-məşq toplanışından sonra Gəncəyə dönüb.
Sportify.az xəbər verir ki, “sarı-göylər” birgünlük istirahətin ardından doğma şəhərdə hazırlıqlarını bərpa ediblər.
Qubadakı toplanış müddətində komanda toplu məşqlərlə yanaşı, fiziki hazırlıq üzrə də çalışmalar həyata keçirib.
“Gəncə” hazırlıq çərçivəsində Bakıda iki yoxlama oyunu da keçirib. Komanda paytaxtda “Ordu” və “Neftçi” ilə qarşılaşıb.



No Comment! Be the first one.