Genduzi bu hərəkəti ilə fransızları qəzəbləndirdi - VİDEO
Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasına vəsiqə qazandıqdan sonra “Lion”la matçda maraqlı an yaşanıb.
Türkiyənin “Fənərbağça” komandasının futbolçusu Matteo Genduzi Fransa “Lion”unu səfərdə 2:0 hesabı ilə məğlub edərək əsas mərhələyə vəsiqə qazandıqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra insidentin səbəbkarı olub.
Sportify.az xəbər verir ki, fransalı yarımmüdafiəçi qələbə sevincini rəqib futbolçuların və azarkeşlərin qarşısında çılğınlıqla nümayiş etdirib.
Bu isə rəqib düşərgənin ciddi etirazına səbəb olub. Genduzinin hərəkəti stadionda gərginliyin artmasına gətirib çıxarıb. “Lion”un futbolçuları və azarkeşlər onun üzərinə hücum etməyə cəhd göstəriblər.
Qarşılaşmanı izləyən 2000-dən çox türk fanat matç bitdikdən sonra xeyli müddət ərzində tribunanı tərk edə bilməyib. Polis fransalı azarkeşlərlə onlar arasında mümkün ixtişaşın qarşısını almaq üçün belə bir qabaqlayıcı tədbir görüb.
Qeyd edək ki, “Fənərbağça” səfər qalibiyyəti sayəsində 17 mövsümlük aradan sonra Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
🇹🇷 After Fenerbahçe knocked 🇫🇷 Lyon out to reach the Champions League, Matteo Guendouzi couldn’t resist rubbing it in. He celebrated right in front of the Lyon players and supporters, sending the French side into meltdown. 😭🔥 pic.twitter.com/9SB5HTUbSB
— The Azeri Times (@AzeriTimes) August 27, 2026


No Comment! Be the first one.