Gəncə Stadionundakı ilk oyunun tarixi açıqlandı
Misli Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.
Sportify.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yenidən inşa edilmiş Gəncə stadionunda ilk rəsmi matç avqustun 30-da keçiriləcək.
Həmin gün saat 18:00-da “Kəpəz” və “Turan Tovuz”un iştirakı ilə Qərb derbisi təşkil olunacaq.
Misli Premyer Liqası, III tur
29 avqust (şənbə)
18:00. “Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu
20:15. “Şəfa” – “İmişli”
Sumqayıt, “SOCAR Polymer Arena”
30 avqust (bazar)
18:00. “Kəpəz” – “Turan Tovuz”
Gəncə Stadionu
20:15. “Zirə” – “Neftçi”
Zirə İK stadionu
31 avqust (bazar ertəsi)
18:00. “Araz-Naxçıvan” – “Sabah”
Qəbələ şəhər stadionu
20:15. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt, “SOCAR Polymer Arena”
Qeyd edək ki, üç günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.



No Comment! Be the first one.