Halk iki qol vurduğu oyunda qusdu
Braziliya çempionatının XXVIII turunda “Fluminense” səfərdə “Korintians”ı 3:1 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, görüşdə hesabı 27-ci dəqiqədə “Fluminense”nin hücumçusu Halk açıb.
Bundan sonra 40 yaşlı futbolçunun vəziyyəti pisləşib. Komandalar fasiləyə yollanarkən Halk qarnını tutub və meydanın kənarında qusub.
Buna baxmayaraq, braziliyalı hücumçu ikinci hissəyə çıxıb və 62-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub.
O, 87-ci dəqiqədə əvəzlənib.



No Comment! Be the first one.