İsveçrə millisinin kapitanı barədə araşdırma başlanıldı
İsveçrə millisinin kapitanı Qranit Caka saxta COVID-19 peyvənd sertifikatı əldə etməsi şübhəsi ilə bağlı araşdırmaya cəlb olunub.
Sportify.az xəbər verir ki, “Blick”in məlumatına görə, Lütsern polisi araşdırmanın aparıldığını DPA agentliyinə təsdiqləyib.
Cakanın faktiki olaraq peyvənd olunmadan həkimindən müvafiq arayış aldığı ilə bağlı şübhələr var. Bir qrup həkim də saxta sənədlərin verilməsi ehtimalı ilə əlaqədar istintaqa cəlb olunub.
Lütsern prokurorluğu saxta arayışın əldə edilməsi və ya sənəd saxtakarlığı ilə bağlı qanun pozuntusunun olub-olmadığını araşdırır.
Cakanın nümayəndəsi Andreas Bantel bildirib ki, futbolçu prokurorlar tərəfindən dindirilənədək məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyəcək. Onun sözlərinə görə, həkim Cakanın 2022-ci ilin yanvar və noyabr aylarında peyvənd olunduğunu təsdiqləyib.
Qeyd edək ki, hazırda İngiltərənin “Sanderlend” klubunda çıxış edən Caka 2021-ci ildə və 2022-ci ilin əvvəlində koronavirusa yoluxub.



No Comment! Be the first one.