İdmançılarımız Ankarada turnirdə iştirak etdilər
Azərbaycanın fiqurlu konkisürənləri Türkiyənin Ankara şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.
Sportify.az xəbər verir ki, sentyabrın 17-19-da təşkil olunan yarışda Azərbaycanı Aleksandr Pluşenko, Arina Kaluqina, həmçinin buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq təmsil ediblər.
Azərbaycanı ilk dəfə beynəlxalq yarışda təmsil edən Aleksandr Pluşenko qısa və sərbəst proqram üzrə çıxış edib. O, 33 idmançı arasında 171,65 xal toplayaraq 13-cü yeri tutub.
Arina Kaluqina isə 39 iştirakçı arasında 144,25 xal toplayıb və yarışın yekun sıralamasında 17-ci olub.
Buz üstündə rəqs proqramında çıxış edən Anna Obrien və Drake Tonq ritmik və sərbəst rəqs üzrə ümumilikdə 118,76 xal qazanıblar. Cütlük 20 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.



No Comment! Be the first one.