Akim Zedatka: Milli fasiləyə qələbə qazanaraq getmək vacib idi
Misli Premyer Liqasının VI turunda “Sabah” “İmişli”ni 3:1 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, matçdan sonra “Sabah”ın üzvü Akim Zedatka “football-plus”a müsahibə verib.
– Oyun haqqında fikirləriniz necədir?
– Yaxşı rəqib idi. Biz bu komandanı tanıyırıq. Ona görə də bilirdik ki, yaxşı müdafiə olunacaqlar. Həqiqətən də yaxşı müdafiə olundular və həll yolu tapmaq çətin idi. İlk iki qolu uzaqdan zərbələrlə vurduq. Bunu bacarırıq. Ondan sonra isə oyun bir qədər fərqli keçdi. Çünki onlar hücum etməyə və daha çox təzyiq göstərməyə çalışdılar. Amma bəli, yaxşı komanda idi və onlara uğurlar arzulayıram.
– Liqada əsas hədəf nədir?
– Liqada komandalarla mübarizə aparmalı və turnir cədvəlindəki birinci mövqedə mümkün qədər uzun müddət qalmalıyıq.
– Milli fasiləyə qələbə qazanaraq gedirsiniz. Fasilədən sonra Çempionlar Liqası oyunları başlayır. Hazırlaşmaq üçün vaxt yetərli olacaq?
– Milli fasiləsindən əvvəl qalib gəlmək və fasiləyə qələbə ilə getmək vacib idi. Bilirsiniz, Avropa oyunları tamamilə fərqli oyunlardır. Yəni, necə deyim, liqa oyunları var, bir də Avropa kuboklarında keçirilən qarşılaşmalar. Ona görə də biz bütün oyunları eyni intensivliklə və eyni yanaşma ilə oynamağa, hər birində qalib gəlməyə çalışacağıq. Milli komandaların fasiləsi zamanı bu oyunlara 100 faiz hazır olmaq üçün çalışırıq. Çünki hər 3-4 gündən bir meydana çıxacağıq və buna hazır olmalıyıq.



No Comment! Be the first one.