Azərbaycan II Liqasında 2026/2027-ci illər mövsümünə start verilib.
Sportify.az xəbər verir ki, ilk turun ilk oyun günündə üç qarşılaşma keçirilib.
Günün ilk matçında “Qaradağ Lökbatan” “Hypers”i 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərindən Əjdər Hacılı (13-cü dəqiqə) və İsa Zeynallı (38-ci dəqiqə, penaltidən) fərqləniblər. Qonaqların yeganə qolunu isə Ceyhun Rəcəbli (70-ci dəqiqə) vurub. “Hypers”in futbolçusu Vüqar Əşrəfli 54-cü dəqiqədə qırmızı vərəqə alıb.
Lökbatan OİK stadionunda təşkil olunmuş qarşılaşmanı 80 tamaşaçı izləyib.
Şirvan OİK stadionunda “Şirvan” “Kür-Araz”ı böyük hesabla üstələyib – 6:1.
Qalib komandanın heyətində Amil Yunanov iki dəfə (17-ci dəqiqədə penalti ilə və 37-ci dəqiqə), Mehman Məsimov (55-ci dəqiqə), Çingiz Məmmədov (77-ci dəqiqə), Qədir Həsənov (85-ci dəqiqə) və Cavid Əliyev (87-ci dəqiqə) fərqləniblər. “Kür-Araz”ın təsəlli qolunu 41-ci dəqiqədə Bayram Əliyev vurub.
Bu oyunu 400 nəfər izləyib.
Zaqatala OİK stadionunda keçirilən matçda isə “Şəki” “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib. Şəki təmsilçisinin qollarını Vasif Nəsirov (32-ci dəqiqədə öz qapısına), Luka Beraşvili (49-cu dəqiqə) və Turab Məmmədzadə (61 və 72-ci dəqiqə) vurublar. “Ağdaş”ın heyətində Nail Təhəmzli (25-ci dəqiqə) və Elçin Süleymanov (75-ci dəqiqə) fərqlənib.
Qarşılaşma cəmi 50 nəfərin iştirakı ilə gerçəkləşib.
II Liqa, I tur
1 sentyabr
“Qaradağ Lökbatan” – “Hypers” – 2:1
“Şirvan” – “Kür-Araz” – 6:1
“Şəki” – “Ağdaş” – 4:2
Turun daha üç oyunu sentyabrın 2-də keçiriləcək:
17:00. “Şəmkir” – “Marafon”
17:00. “Difai” – “Dinamo”
17:00. “Zəngəzur” – “Ağstafa Gəncləri”



No Comment! Be the first one.