"İmişli"nin prezidentindən baş məşqçi açıqlaması - EKSKLÜZİV
“İmişli” rəhbərliyi baş məşqçi vəzifəsi ilə bağlı qərar qəbul edib.
Bu barədə Sportify.az-a klubun prezidenti Kamran Eyyubov məlumat verib.
Onun sözlərinə görə, Ervins Perkonsla yola davam edəcəklər.
Latviyalı mütəxəssisin rəhbərliyi altında “İmişli” Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz”u məğlubiyyətə uğradıb – 1:0. Aran komandasında baş məşqçi vəzifəsi Fərid Namazovun istefaya göndərilməsindən sonra boşalıb.



No Comment! Be the first one.