İnfantino AFFA-ya məktub göndərib: Məni seçin!
FİFA üzvü olan futbol assosiasiyalarına təşkilatın prezidenti Canni İnfantinonun 2027-ci ildə keçiriləcək seçkilərdə yenidən bu posta seçilməsini dəstəkləmək üçün hazırlanmış məktublar göndərib.
Sportify.az “Sky News” nəşrinə istinadən xəbər verir ki, İnfantinonun dünya futboluna rəhbərlik etdiyi dövrdəki fəaliyyətini tərifləyən məktublar dünya çempionatından əvvəl – may və iyun aylarında assosiasiyalara təqdim olunub.
Məktubların hər birində konkret futbol assosiasiyasının prezidentinin adı və imzası əvvəlcədən yerləşdirilib. Assosiasiyalardan isə həmin məktubları rəsmi dəstək sənədi kimi FİFA-ya geri göndərmək tələb olunub.
Lakin bütün futbol assosiasiyalarına belə məktublar göndərilməyib. Hazırlanan sənədlərdə İnfantinonun rəhbərliyi dövründə futbol infrastrukturunun inkişaf etdirilməsi və qadın futbolunun səviyyəsinin yüksəldilməsi xüsusi vurğulanıb.
Nəşr həmçinin qeyd edir ki, FİFA-nın nizamnaməsində hazırkı prezidentin seçki kampaniyası üçün təşkilatın daxili resurslarından istifadəsini konkret şəkildə qadağan edən müddəa yoxdur.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FİFA prezidenti vəzifəsini tutur. Növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək.


No Comment! Be the first one.