İnfantino üzr istədi, qalmaqallı layihə ləğv olundu
FIFA prezidenti Canni İnfantino FIFA Forward Enterprise (FFE) layihəsinin birdəfəlik ləğv olunduğunu açıqlayıb.
Sportify.az xəbər verir ki, İnfantino FIFA Şurasının iclasında layihə ilə bağlı yol verilmiş səhvlərə görə üzr istəyib.
O, qurumun idarəetmə mexanizmində mümkün dəyişiklikləri araşdırmaq məqsədilə işçi qrupunun yaradıldığını da bildirib.
Bundan əlavə, FIFA-nın intizam prosedurlarına yenidən baxılması məsələsi gündəmə gətirilib. Bu qərar 2026-cı il dünya çempionatında ABŞ millisinin futbolçusu Folarin Balogunun Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə almasına görə tətbiq edilən bir oyunluq cəzanın FIFA İntizam Komitəsi tərəfindən sınaq müddəti şərti ilə dayandırılmasından sonra müzakirə olunur.
FIFA Şurasında, həmçinin FIFA Sülh Mükafatının qiymətləndirilməsi məsələsi müzakirə edilib. Bununla bağlı yekun qərarın dekabrda keçiriləcək növbəti Şura iclasında verilməsi gözlənilir.


No Comment! Be the first one.