İngiltərə klubundan unikal göstərici: 14:0
İngiltərənin “Bornmut” klubu bütün turnirlərdə ardıcıl beş oyundur qələbə qazanır və bu matçların heç birində qol buraxmayıb.
Sportify.az xəbər verir ki, komanda bu görüşlərdə ümumilikdə 14 qol vurub.
“Bornmut” son olaraq oktyabrın 28-də İngiltərə Liqa Kubokunda “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edib.
Bundan əvvəl komanda Premyer Liqada “Mançester Yunayted”i (3:0) və “Sanderlend”i (2:0), Avropa Liqasında isə İtaliyanın “Milan” (3:0) və Avstriyanın “Şturm” (3:0) klublarını məğlub edib.
“Bornmut” İngiltərə çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. Komanda səkkiz oyundan sonra 9 xal toplayıb.
“Bornmut” növbəti matçını oktyabrın 31-də “Lids Yunayted”ə qarşı keçirəcək.



No Comment! Be the first one.