“Barselona” qatar qəzasına biganə qalmadı
İspaniyanın “Barselona” klubunun mətbuat xidməti ölkədə baş verən dəmir yolu qəzasında həlak olanların xatirəsini yad edib.
Sportify.az xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.
“Kataloniya klubu Toledo əyalətinin Los-Yebenes və Urda yaşayış məntəqələri arasında baş vermiş ağır dəmir yolu qəzası ilə əlaqədar dərin hüznünü bildirir. Klub hadisə nəticəsində zərərçəkənlərin ailələrinə və yaxınlarına dəstəyini və həmrəyliyini ifadə edir, yaralananların isə tezliklə sağalmasını arzulayır” — “Barselona”nın sosial şəbəkələrdə yaydığı açıqlamada qeyd olunub.
Daha əvvəl Toledoda iki sürətli qatarın toqquşması nəticəsində azı 50 nəfərin öldüyü, 179-dan çox insanın yaralandığı barədə məlumat yayılmışdı.


No Comment! Be the first one.