Jeton Bekiri: Bəhanələr etməyəcəyəm
“Erkən qollardan sonra fərqi aradan qaldırmağa çalışdıq. Amma çətin idi. Əvvəllər də komanda asan qollar buraxıb. Bu formada da 4 qol buraxmaq, 3 zərbənin 3-nün də qol olması çox ağırdır. Güclü komandalar da bundan sonra dönüş etməkdə çətinlik çəkirlər. Ümidvaram ki, bugünkü məğlubiyyət təsadüfi oldu. Gələcək oyunlarda vəziyyəti düzəltməyə çalışacağıq”.
Sportify.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Jeton Bekiri səfərdə “Sumqayıt”a 1:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
Makedoniyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan Premyer Liqası və klublar çox güclüdür: “Xüsusən də “Sabah”. Qısa müddətdə çalışacağıq ki, dönüş edək. Nəticə verə bilməsək, şikayətlənməyəcəyik. Yaxşı futbolçularımız var. Bizə zaman lazımdır. Bəhanələr etməyəcəyik”.



No Comment! Be the first one.