Joau Marionun yeni klubu
Portuqaliyalı yarımmüdafiəçi Joau Mario Yunanıstanın AEK klubunun heyətinə qatılıb.
Sportify.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu daha əvvəl Türkiyənin “Beşiktaş” klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib. Joau Mario 2024-cü ildən İstanbul təmsilçisinin formasını geyinirdi.
Yarımmüdafiəçi “Beşiktaş”ın heyətində ümumilikdə 45 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.



No Comment! Be the first one.