Junior Ronaldu U-17 millisində ilk oyuna çıxdı
Ulduz futbolçu Kriştianu Ronaldunun oğlu Kriştianu Ronaldu Junior Portuqaliyanın U-17 millisində ilk oyununa çıxıb.
Sportify.az xəbər verir ki, 16 yaşlı hücumçu 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Andorra ilə keçirilən görüşdə meydana çıxıb. Portuqaliya yığması rəqibini 4:0 hesabı ilə məğlub edib.
Ronaldu Junior oyuna 73-cü dəqiqədə, hesab 4:0 olarkən daxil olub. O, debütünü qolla qeyd etməyə də yaxın olub. Belə ki, futbolçu 88-ci dəqiqədə cinahdan ötürməni baş zərbəsi ilə qapıya göndərsə də, top az fərqlə qapıdan kənara çıxıb.
Qeyd edək ki, Ronaldu Junior daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da oynayıb. O, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında çıxış edir.



No Comment! Be the first one.