"Kəpəz" - "Qarabağ" oyunu üçün fantastik satış
“Kəpəz” və “Qarabağ” klubları arasında noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində Gəncə şəhər stadionunda keçiriləcək oyuna azarkeşlər tərəfindən böyük maraq var.
Sportify.az xəbər verir ki, Belə ki, bu görüşə biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb. Stadionun kassalarında və iticket.az saytında 1 sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55%-i deməkdir. Satış belə yüksək templə davam edərsə, qabaqcadan bütün biletlərin satılacağı gözlənilir.
Xatırladaq ki, cari mövsüm “Kəpəz”in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də “Şamaxı” ilə görüşdə (15000 nəfər) olub.




No Comment! Be the first one.