“Kəpəz”in əvəzediciləri millimizlə heç-heçə etdi
“Kəpəz”in əvəzedici komandası Azərbaycan U-19 millisi ilə yoxlama oyununda qarşılaşıb.
Sporyify.az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra U-19 millisi hesabı açıb. “Kəpəz”in əvəzedici heyəti isə sona qədər mübarizə apararaq Amur Yusifovun qolu ilə hesabı bərabərləşdirib.
Qeyd edək ki, U-19 millisi təlim-məşq toplanışı çərçivəsində oktyabrın 2-də “Kəpəz”in əsas komandası ilə də qarşılaşacaq.


No Comment! Be the first one.