Kamandan oxatma üzrə Bakı şəhər çempionatına yekun vuruldu
Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Bakı şəhər çempionatına yekun vurulub.
Sportify.az xəbər verir ki, yarışda U-15 yaş kateqoriyasında iştirak edən idmançılar 40 metr məsafədən hədəfə atəş açıblar.
Oğlanların mübarizəsində Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Əhməd İsmayılov isə bürünc medala sahib olub.
Qızlar arasında Banu Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sona Rüstəmli gümüş, Məryəm İbrahimli isə bürünc medal qazanıb.
Böyüklər arasında yarışlar 70 metr məsafədə keçirilib. Kişilərin mübarizəsində Salman Dadaşov qızıl, Hüseyn Məhərrəmov gümüş, Sərdar Vəliyev bürünc medal əldə edib.
Qadınlar arasında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Şəms Heybətova isə bürünc medala layiq görülüb.
Sonda qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin İdman sektorunun baş məsləhətçisi Cəlil Əlizadə təqdim ediblər.







No Comment! Be the first one.