“Real Madrid” Bellingemlə anlaşdı
İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqem klubla müqaviləsini uzatmağa yaxındır.
Sportify.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər yeni uzunmüddətli müqavilənin şərtlərini demək olar ki, razılaşdırıblar.
Yeni müqavilənin 2032-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilir. Bellingemin hazırkı müqaviləsi isə 2029-cu ilin iyununda başa çatır.
Qeyd edək ki, Cud Bellingem 2023-cü ilin yayından “Real Madrid”də çıxış edir. 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.



No Comment! Be the first one.