Karateçilərimiz “Tbilisi Open 2026” beynəlxalq turnirində iştirak edəcəklər
Azərbaycan Karate Federasiyasının uşaq, yeniyetmə və gənc idmançılardan ibarət komandası 2026-cı il noyabrın 14-15-də Gürcüstanın Tiflis şəhərində keçiriləcək “Tbilisi Open 2026” beynəlxalq karate turnirində iştirak edəcək.
Sportify.az xəbər verir ki, yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyalarında 34 idmançı təmsil edəcək. Nümayəndə heyətinə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək.
Komandanın məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olacaq. Mehman Əlirzayev və Murad Hacızadə turnirdə hakim qismində iştirak edəcəklər.



No Comment! Be the first one.