"Kaşukun milliyə dəvət olunması məntiqli qərardır"
“Kaşukun milliyə dəvət olunması məntiqli qərardır”.
Sportify.az Ukrayna Futbol Assosiasiyasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun yığmadakı debütünü dəyərləndirərkən deyib.
“Ümumiyyətlə, onun əvvəllər niyə çağırılmadığını başa düşmürəm. O, çox uğurlu çıxış edir. Belə olan halda uğurla oynayan, “Şaxtyor”un yetirməsi olan öz futbolçumuzu çağırmayaq, bəs kimi çağıraq?
Ümumilikdə, o, bir qədər həyəcanlı idi, amma debütü üçün çox yaxşı oynadı. Arzu edərdim ki, hamı millidəki ilk oyununda belə çıxış etsin. Qol vursaydı, bu, onun karyerasında dönüş nöqtəsi ola bilərdi. Həmin epizod ən yaxşı qol imkanı idi. Hesab edirəm ki, ona soyuqqanlılıq çatmadı. Daha yaxşı oynamaq üçün bir qədər çox vaxta ehtiyacı var idi”– deyə Maldera bildirib.



No Comment! Be the first one.