Kloppdan ən pis start
Almaniya yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda doğma meydanda Yunanıstana məğlub olub.
Sportify.az xəbər verir ki, Auqsburqda keçirilən qarşılaşmada Yunanıstan seçməsi 1:0 hesabı ilə qalib gəlib.
Almaniya yığması turnirin ilk turunda Niderlandla 1:1 hesablı heç-heçə edib.
Beləliklə, Yurgen Klopp Almaniya millisinin tarixində baş məşqçi kimi ən uğursuz startı göstərib.
Qeyd edək ki, Kloppa qədər Almaniya millisinin çalışdırıcıları arasında ilk iki oyundan sonra ən az xal toplayanlar Zep Herberger (1937) və Helmut Şen (1965) olub. Onların hər ikisinin aktivində 2 xal olub.



No Comment! Be the first one.