Komandamız avrokuboklarda ilk oyununa çıxacaq
Azərbaycanı CEV Çelenc Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “DH Volley” klubu avrokuboklarda ilk oyununa çıxacaq.
Sportify.az xəbər verir ki, komanda 1/32 final mərhələsində Danimarkanın “Holte IF” klubu ilə üz-üzə gələcək. Oktyabrın 27-də Danimarkada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Komandalar arasında cavab oyunu isə noyabrın 5-də Bakıda təşkil olunacaq.



No Comment! Be the first one.