“Komo”nun qapıçısı 400 min dollarlıq "Ferrari" ilə qəza törətdi - FOTOLAR
İtaliyanın “Komo” klubunun qapıçısı Robert Sançes Almaniyadakı “Nürburqrinq” avtodromunda qəza keçirib.
Sportify.az xəbər verir ki, hadisə nəticəsində futbolçunun idarə etdiyi, təxminən 400 min dollar dəyərində “Ferrari” markalı avtomobilə ciddi ziyan dəyib. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Hadisə noyabrın 9-da həvəskar avtomobil yarışları zamanı baş verib. 28 yaşlı ispaniyalının idarə etdiyi “Ferrari 488 Challenge Evo” döngələrin birində təhlükəsizlik baryerinə çırpılıb. Şahidlərin sözlərinə görə, avtomobilin sürəti təxminən 113 km/saata çatıb.
Toqquşma nəticəsində avtomobilin ön hissəsi ciddi zədələnib. Maşının trasdan çıxarılması, qalıqların təmizlənməsi və baryerin bərpası səbəbindən avtodromda hərəkət təxminən bir saatlıq dayandırılıb.
Sançes qəzadan xəsarət almadan xilas olub və avtomobildən özü çıxıb. Hətta futbolçu avtomobilin kuzov hissələrinin yığışdırılmasına da kömək edib. O, ertəsi gün Belçikadakı “Spa-Francorchamps” avtodromunda keçirilən yarışları isə tamaşaçı qismində izləyib.
Qeyd edək ki, Robert Sançes 2026/2027 mövsümünün sonunadək “Çelsi”dən icarə əsasında “Komo”da çıxış edir. O, 2025-ci ildə İngiltərə klubu ilə klublararası dünya çempionatının qalibi olub və turnirin ən yaxşı qapıçısı seçilib.




No Comment! Be the first one.