Konfrans Liqası: Mahir Emreli yenə qol vurdu - VİDEO
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa “Rakuv”unun heyətində UEFA Konfrans Liqasında növbəti qolunu vurub.
Sportify.az xəbər verir ki, 29 yaşlı hücumçu pley-off mərhələsinin ilk oyununda Xorvatiyada “Hayduk Split”i məyus edib.
2:2 hesablı heç-heçə ilə yekunlaşmış görüşdə o, 27-ci dəqiqədə komandasının ilk qolunu vurub. Emreli görüşü əvəz olunmadan keçirib. “Hayduk Split” 55-ci dəqiqədə Adrion Payazitinin qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb.
Qeyd edək ki, cavab görüşü avqustun 27-də keçiriləcək.
Colombian commentator’s reaction to Duran’s goal 😂🇨🇴 pic.twitter.com/brYCH2zqJM
— ً (@STARBH0Y) August 20, 2026



No Comment! Be the first one.